Son məlumatlar

 
Tikintinin əsas göstəriciləri04.02.2015
2014-cü ilin yanvar-dekabr aylarında Bakı şəhərində "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, bütün maliyyə mənbələri hesabına 3260,1 milyon manat əsas fondlar, ümumi sahəsi 280,5 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
Əmtəə bazarı haqqında04.02.2015
2014-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq 11662,3 milyon manat olmuşdur.
İctimai iaşə04.02.2015
2014-cü ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz artaraq 627568,4 min manat təşkil etmişdir.
Pullu xidmətlər haqqında04.02.2015
2014-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 6,6 faiz artaraq 4478420,6 min manat olmuşdur.
Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı04.02.2015
2014-cü ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 1,2 faiz artaraq 630,6 manat təşkil etmişdir.
Əmək haqqı04.02.2015
2014-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 4,7 faiz artaraq 617,3 manat olmuşdur.
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 [-41-] 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94