Son məlumatlar

 
Əmtəə bazarı haqqında05.03.2014
2014-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni ayı ilə müqayisədə 6,3 faiz artaraq 866,3 milyon manat olmuşdur. İstehlak mallarının 368,2 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 498,1 milyon manatını qeyri-ərzaq malları təşkil etmişdır.
Pullu xidmətlər haqqında05.03.2014
2014-cü ilin yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 22,2 faiz artaraq 353,8 milyon manat olmuşdur.
Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı05.03.2014
2013-cü ilin yanvar-dekabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 53,5 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 min nəfər və ya 8,4 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 5,5 faiz artaraq 624,2 manat təşkil etmişdir
Əmək haqqı05.03.2014
2013-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,4 faiz artaraq 593,8 manat olmuşdur.
Sənayenin inkişafı haqqında06.02.2014
2013-cü ilin yanvar-dekabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 29575,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Tikintinin əsas göstəriciləri06.02.2014
2013-cü ilin yanvar-dekabr aylarında Bakı şəhərində Gəmi təmiri İstehsalat bazası, Gəmiqayırma və Çörək zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, "Qələbə Meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir.
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 [-53-] 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94