Son məlumatlar

 
Əmək haqqı25.12.2013
2013-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,0 faiz artaraq 585,3 manat olmuşdur.
Tikintinin əsas göstəriciləri26.11.2013
2013-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Gəmiqayırma və Çörək zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, "Qələbə Meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir.
Sənayenin inkişafı haqqında26.11.2013
2013-cü ilin yanvar-oktyabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 24649,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Əmtəə bazarı haqqında26.11.2013
2013-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 5,9 faiz üstələyərək 7882,4 milyon manat olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 42,7 faizi ərzaq, 57,3 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır.
Pullu xidmətlər haqqında26.11.2013
2013-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 9,2 faiz artaraq 3016,6 milyon manat olmuşdur.
Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı26.11.2013
2013-cü ilin yanvar-sentyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 53,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 min nəfər və ya 8,3 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 6,3 faiz artaraq 617,3 manat təşkil etmişdir
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 [-66-] 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105