Son məlumatlar

 
Əmək haqqı26.11.2013
2013-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,3 faiz artaraq 584,2 manat olmuşdur.
Sənayenin inkişafı haqqında30.10.2013
2013-cü ilin yanvar-sentyabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 22139,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Tikintinin əsas göstəriciləri30.10.2013
2013-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, "Qələbə Meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı tikilib istifadəyə verilmişdir.
Əmtəə bazarı haqqında30.10.2013
2013-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 7053,6 milyon manat və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olmuşdur.
Pullu xidmətlər haqqında30.10.2013
2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,8 faiz artaraq 2532,6 milyon manat olmuşdur. Xidmətlərin 75,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1913,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 17,3 faiz çox xidmətlər göstərilmişdir.
Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı30.10.2013
2013-cü ilin yanvar-avqust aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 min nəfər və ya 8,5 faiz çox olmuşdur.
 
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 [-69-] 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107